• $
  • €
  • ₽
  • ₺
  • £

Sulutəpə dairəsində tıxac aradan qaldırılacaq

Sulutəpə dairəsində tıxac aradan qaldırılacaq
09.09.2020 10:36
Bakının Binəqədi rayonunun Sulutəpə dairəsində müxtəlif səviyyəli yol qovşağı inşa edilir. 

Bu barədə Anews.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edəcək. Hazırda körpülərin dayaqlarının inşası aparılır. Növbəti mərhələdə aşırım hissələrinin inşasına başlanılacaq.

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası nəzərdə tutulur.

Tikinti işləri "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol