• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor - Təyin Edildi

Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor - Təyin Edildi
09.09.2020 14:46
Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib.

Anews.az xəbər verir ki, şirkətdən daxil olan məlumata görə, Rəna Məmmədova sentyabr ayının 1-dən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, "Azərbaycan Coca-Cola Bottlers" MMC Türkiyənin Anadolu Qrupuna daxil olan və Yaxın Şərq, Qafqaz və Orta Asiya regionunun 10 ölkəsində Coca-Cola şirkətinin məhsullarını istehsal və satışını həyata keçirən "Coca-Cola İçecek" (CCİ) şirkətinin bir hissəsidir.

"Coca-Cola İçecek” şirkətinin Azərbaycanda əvvəlki rəhbəri Hasan Ellialtı isə "Coca-Cola İçecek” Türkiyə ofisinin Baş Direktoru təyin edilib.

Ölkənin qida sənayesində 30 illik təcrübəyə malik Rəna xanım 1996-cı ildən "Coca-Cola İçecek” şirkətində Keyfiyyətə Nəzarət Meneceri vəzifəsində işə başlayıb və bu müddət ərzində bir sıra rəhbər vəzifələrə təyin edilib. 2018-ci ildən Coca-Cola-nın Azərbaycan və Türkmənistan ölkələrinin Təchizat Sistemləri Direktoru vəzifəsində çalışıraq istehsal, keyfiyyətə nəzarət, planlaşdırma və satın alma, distribütorluq, texniki dəstək, optimallaşdırma kimi təchizat zənciri proseslərinə rəhbərlik edib. Coca-Cola Sisteminin ən uğurlu qadın rəhbərlərindən olan Rəna Məmmədova Bakı Dövlət Universitində mikrobiologiya ixtisası üzrə bakalavr və magistr təhsili alıb, Biologiya üzrə Fəlsəfə Doktorudur. (Marja)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol