• $
  • €
  • ₽
  • ₺
  • £

"Türk Hava Yolları" bu ilin sonuna qədər alınan biletləri - Pulsuz Dəyişəcək

"Türk Hava Yolları" bu ilin sonuna qədər alınan biletləri - Pulsuz Dəyişəcək
09.09.2020 15:46
Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkətindən bu il dekabrın 31-nə qədər alınan bütün biletləri ödənişsiz dəyişdirmək mümkün olacaq.

Anews.az xəbər verir ki, şirkətdən verilən məlumatda deyilir ki, mövcud qlobal pandemiya ilə əlaqədar sərnişinlərin məmnuniyyəti üçün THY bilet qaydalarında yeni dəyişiklik edib. Yeni qaydaya uyğun olaraq, martın 21-dən bu yana alınan və dekabrın 31-nə qədər yazılacaq olan bütün biletlərdə məhdudiyyətsiz tarix dəyişikliyi etmək pulsuz olacaq.

Biletin ödənişsiz dəyişikliyi üçün sərnişinlər orijinal biletlərindəki ilk uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşları ləğv etməli, yeni tarix müəyyən etməlidir. Bu şəkildə biletə ediləcək limitsiz dəyişikliklər ödənişsizdir. Yəni, bilet dəyişikliyi üçün heç bir cərimə alınmayacaq.

Qeyd etmək lazımdır ki, bilet dəyişikliyi zamanı ortaya çıxacaq digər ödənişlər (valyuta fərqi, sinif, və istiqamət dəyişikliklərindən ortaya çıxacaq ehtimal fərqlər, vergi fərqləri və s.) sərnişin tərəfindən ödənilməlidir.

Tətbiq olunacaq yeni qaydaya uyğun olaraq sərnişin yeni səyahət tarixinə qərar verməyibsə, biletini açığa ala bilər. Başqa sözlə desək, yeni səyahət tarixi seçənədək düşünə bilər. Lakin bunun üçün də mütləq uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşlar ləğv edilməlidir.

Müəyyən ediləcək yeni səyahət 2021-ci ilin dekabrın 31-dək tamamlanmış olmalıdır. Biletlərin keçərliliyi də 2021-ci ilin 31 dekabrına qədər uzadıla bilər. (Report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol