• $
  • €
  • ₽
  • ₺
  • £

Bu xəstələrə yardımı dövlət edəcək – YENİLİK

Bu xəstələrə yardımı dövlət edəcək – YENİLİK
09.09.2020 20:00
Nazirlər Kabineti 329 nömrəli qərarına dair izah verib.
NK-dan verilən xəbərə görə, qərarla "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nda dəyişiklik nəzərdə tutulur.
 Dəyişikliyə əsasən, "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın 9-cü hissəsində "vətəndaşın yaşadığı ərazi üzrə müvafiq səhiyyə orqanının büdcə vəsaiti” sözləri "dövlət büdcəsinin vəsaitləri” sözləri ilə əvəz etdilir: "Səbəb ərazi səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsidir. Odur ki, ərazi səhiyyə müəssisələri İcbari Tuibbi Sığorta prinsipləri üzrə işləyən TƏBİB-in tabeliyinə keçdiyi üçün onkoloji xəstələrə yardım dövlət büdcəsi vasitəsilə həyata keçiriləcək.
Qərara əsasən "Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ndə dəyişiklik edilib. Dəyişikliyin mahiyyəti Tibbi sığorta haqqında qanunun bütün Azərbaycan ərazisinə şamil edilməsidir. Dəyişikliyə əsaəan "bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasının səbəbi odur ki, bu Qərar hazırlanarkən İcbari tibbi sığorta yalnız pilot layihə qismində Azərbaycan Respublikasının bir neçə rayonunda tətbiq edilirdi. İndi butun respublikası ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.
 Qərar habelə "Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ndə dəyişikliyi nəzərdə tutur. Dəyişikliyə əsasən "bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasınını səbəi odur ki, bu Qərar hazırlanarkən icbari tibbi sığorta yalnız pilot layihə qismində ölkənin bir neçə rayonunda tətbiq edilirdi. İndi butun ölkə ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.
 "Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli Qərarı "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman ləğv edildiyindən Qərar öz hüquqi güvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur.
 "Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 264 nömrəli Qərarı "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman 1.1.9-cuarımbəndi ləğv edildiyindən Qərar öz hüquqi güvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol