Saray bələdiyyəsi 8 min cərimələnə bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Eko-Radar bölməsinə Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki gölün ətrafına tullantıların atılması və yandırılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Anews.az-in məlumatına görə, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Saray bələdiyyəsi barəsində protokol tərtib olunub və onun hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Abşeron rayon Məhkəməsinə göndərilib:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























