• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada növbəti güclü zəlzələ ehtimalı var?

Zaqatalada növbəti güclü zəlzələ ehtimalı var?
30.06.2014 15:24
“Dünəndən bu günə kimi Zaqatala rayonunda zəlzələ baş verən ərazidə 10-dan çox after-şoklar olub. Ən zəif təkanların sayı isə daha çoxdur və hardasa 100-ü keçib”. Bunu APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, hazırda ərazidə proses, gərginlik boşalması gedir. Bu proseslərin hələ bir qədər də davam edə biləcəyini deyən Q.Yetirmişli vurğulayıb ki, burada qorxulu nəsə yoxdur: “Güclü zəlzələdən sonra orada vəziyyət fon səviyyəsinə düşənə qədər gərginlik boşalması getməlidir. Hazırda  hərəkət var, proses davam edir. Amma qorxulu heç nə yoxdur. Güclü, dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur”. Zəlzələnin baş vermə səbəbinə gəlincə, RSXM-in baş direktoru qeyd edib ki, yeraltı təkan Gəncəçay-Alazan və Qazax-Siqnax qırılmalarının təsirindən baş verib: “Ocaqda gedən prosesdə sağtərəfli yerdəyişmə və qırılıb düşmə tipli hərəkətlər gedib. Bu, 10 km dərinlikdə gedən prosesdir. Gərginlik vəziyyətində cənubi-qərb və şimali-şərq istiqamətində eninə sağtərəfli Gəncəçay-Alazan və Qazax-Siqnax qırılmalarının hərəkətləri nəticəsində bu zəlzələ baş verib”. Zəlzələnin təsirləri barədə danışan Q.Yetirmişlinin sözlərinə görə, Zaqatalanın Göyəm və Dombabinə kəndində əvvəllər qəza vəziyyətində olan 1-2 evlərdə dağıntı olub. O qeyd edib ki, köhnə tikililərdə, əvvəlki zəlzələdən çatlar olan evlərdə kiçik genişlənmə əmələ gəlib: “Amma yeni tikilən binaların heç birində təhlükə və ya qəzalı vəziyyət yoxdur. Hazırda ərazidə araşdırma aparılır, müvafiq işlər görülür”. Q. Yetirmişli əlavə edib ki, Azərbaycanın digər bölgələrində hazırda seysmiklik fon səviyyəsindədir. Onun sözlərinə görə, gün ərzində Gədəbəydə, Daşkəsəndə, Göyçayda, cənub bölgəsində, Lerikdə, Ağdaşda zəif təkanlar qeydə alınır: “Aktiv, seysmoaktiv bölgələrdə həmişə bu təkanlar baş verir. Bu da normal haldır. Bölgələr arasında da seysmik aktivliyə görə fərqlənmə var. Məsələn, Xəzərdə digər bölgəyə nisbətən, şimal-qərb bölgəsində depressiya zonası və Kiçik Qafqaza nisbətən aktivlik müşahidə olunur. Bunlar da nisbi müqayisələrdir”. Qeyd edək ki, dünən Azərbaycanın Zaqatala rayonunda güclü zəlzələ baş verib. Zəlzələ iyunun 29-da saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb. 12 km dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol