• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmirdə qadını öldürüb yandıran şəxsin kimliyi müəyyənləşdi - RƏSMİ

Kürdəmirdə qadını öldürüb yandıran şəxsin kimliyi müəyyənləşdi - RƏSMİ
16.09.2020 14:18
Kürdəmir şəhəri sakini, 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının 29.11.2018-ci il tarixdə yaşadığı evdə yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin açılması təmin edilib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. 

İki il əvvəl törədilmiş hadisə ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birlikdə kompleks plan tərtib edib.

Peşəkar prokurorluq, polis və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə 1979-cu il təvəllüdlü Nuriyev Zahid Məhəddin oğlunun 28 noyabr 2018-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə gecə saatlarında hasardan qonşuluqda yerləşən Bəyim Rəhimovanın yaşadığı evin həyətinə keçərək, oradan da mənzilə daxil olub sonuncunun evdə tək olmaqla və gecə saatları olduğu üçün ətrafda heç kimin olmamasından istifadə etməklə tamah motivi ilə istintaqa məlum olmayan alətlə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq (meyit sonradan tam yandırıldığı üçün bunu müəyyən etmək mümkün olmamışdır) qəsdən öldürdükdən sonra ona məxsus mobil telefonu və bir cüt 915 əyyarlı gümüş sırğanı götürüb, törətmiş olduğu cinayətləri ört-basdır etmək məqsədilə Bəyim Rəhimovanın meyitini yataq otağında çarpayının üzərinə uzadıb özü ilə gətirdiyi tez alışan neft məhsulunu meyitin üzərinə tökərək yandırmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı Zahid Nuriyevin mağazada satdığı mərhumun mobil telefonu, o cümlədən anasının yataq otağında gizlətdiyi mərhuma məxsus bir cüt sırğa aşkar edilərək götürülüb, həmçinin iş üzrə təyin olunmuş məhkəmə-fiziki kimyəvi ekspertizasının rəyi ilə Zahid Nuriyevin paltarları üzərində tezalışan neft məhsulları izlərinin olması müəyyən edilib.

Cinayət işi üzrə kompleks məhkəmə-fiziki kimyəvi, tibbi kriminalistik, daktiloskopik, tibbi bioloji, əmtəəşünaslıq, kompüter-texniki və digər zəruri ekspertizalar təyin olunub, o cümlədən müvafiq əməliyyat tapşırıqlarının həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilib.

Əvvəllər Rusiya Federasiyasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehsalı, hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və zorlama cinayət əməllərində təqsirli bilinməklə doqquz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Zahid Nuriyev avqustun 19-da iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol