• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 8 bal gücündə zəlzələ baş verə bilər

Bakıda 8 bal gücündə zəlzələ baş verə bilər
30.06.2014 13:07
Zaqatalada baş verən yeraltı təkanlar 2 il bundan əvvəl olan zəlzələ ərazisində qeydə alınıb. Dərinliyi kifayət qədər dayaz, 10 km-ə yaxın olduğuna görə, titrəyiş çox hiss olunub.Aldığımız məlumata görə, yeraltı təkanlar nəticəsində tikililərdə xırda çatlar yaranıb. Güclü dağıntı yoxdur. Zəlzələnin maqnitudası 5,2-dir. Həmin yeraltı təkan 12 ballıq şkala ilə 6 bal gücündə qeydə alınıb. Episentrdən uzaqlaşdıqca təbii ki, zəlzələnin gücü azalıb.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə Zaqatalada baş verən zəlzələlərlə bağlı fikir bildirərkən deyib.Onun sözlərinə görə, 2012-ci ildə həmin ərazi həmişə öz seysmoloji fəallığı ilə seçilib:“Ərazinin aktivliyi əvvəldən də şübhə doğurmurdu. Bilinirdi ki, həmin ərazi xüsusi seysmik ərazidə yerləşir. 2 il bundan əvvəlki yeraltı təkanlardan sonra bu, ikinci titrəyiş idi”.Alimin fikrincə, bu zəlzələdən sonra çoxlu afterşoklar olacaq.“Adətən afterşoklar zəif olur. Düşünürəm ki, bu titrəyişlərin çoxu hiss olunmayacaq”.Tahir Məmmədli onu da əlavə edib ki, Azərbaycanda seysmoloji aktivliyə nəzarət etmək üçün quraşdırılan yeni Seysmoloji Stansiya və avadanlıqlar vasitəsilə yeraltı təkanları izləmək üçün gözəl imkanlar yaradır. Bu avadanlıqlar vasitəsilə baş verən zəlzələ yüksək dəqiqliyilə qeydə alınıb.“Yeni avadanlıqlar vasitəsilə burada və ümumiyyətlə, Azərbaycan ərazisində ən zəif təkanları, hansı ki, əvvəlki stansiyalarda onları qeydə ala bilmirdik, onları yüksək dəqiqliklə görə bilirik. Bu da seysmoloqlara ölkədə seysmoloji aktivliyi dəqiqliklə öyrənməyə geniş imkanlar verir. Bu cihazlar bizə seysmoloji hadisələri dəqiqliklə izləməyə imkan verir. Seysmoloqlar da alınan məlumatlar əsasında müəyyən fikirlər söyləyə bilərlər. Amma ümumilikdə zəlzələnin nə zaman baş verəcəyini demək hələlik mümkün deyil”, - deyə Tahir Məmmədli vurğulayıb.Ekspert deyir ki, Azərbaycanda bir çox seysmoloji aktiv zona var. Həmin ərazilərdə güclü zəlzələ olmasını gözləmək lazımdır:“Bəzi mütəxəssislər həmin ərazilərdə enerjinin boşalmasını deyirlər. Amma göründüyü kimi bu proqnozlar özünü doğrultmur. Yenə həmin yerlərdə titrəyişlər olur. Bu da onu göstərir ki, zəlzələlər hansısa qanunauyğunluq tanımır. Ona görə də, demək olmur ki, indi burda zəlzələ olub, bir də neçə vaxtdan sonra olacaq. Çünki bu, çox mürəkkəb prosesdir. Sadəcə seysmoloqlar harada güclü zəlzələ ola bilər və onun gücünü deyə bilərlər”.Qeyd edək ki, Zaqatalada baş verən verən yeraltı təkanların Bakı ilə heç bir əlaqəsi yoxdur. Yəni bəzən insanlar hansısa bölgədə zəlzələ olan zaman, bunun paytaxtda da baş verəcəyi bərədə düşünürlər. Alimin sözlərinə görə, bu fikirlər düzgün deyil.Tahir Məmmədli onu da əlavə edib ki, Zaqataladan başqa, Azərbaycan üçün ən təhlükəli zəlzələ ərazisi Şamaxı və İsmayıllı ərazisində olan ocaqlardır:“Bundan başqa, ən təhlükəli mənbələr Xəzər dənizindədir. Həmin ocaqlarda baş verən yeraltı təkanlar Bakıda güclü zəlzələ təhlükəsi yarada bilər. Xəzər dənizində ocaqlar çoxdur. Onlardan ən böyük seysmik təhlükəyə malik Abşerondan 50-60 kilometr cənubda, Xəzər dənizində yerləşən güclü ocaq zonasındadır. Yaxşı ki, bu ocaq 60 kilometr aralıdadır və 3035 kilometr dərinlikdədir. Buna baxmayaraq, bu ocaqda baş verən proses Bakı üçün 8 bal gücündə zəlzələ yarada bilər”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol