• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən sosial şəbəkədə canlı yayım açan şəxslə bağlı AÇIQLAMA

DİN-dən sosial şəbəkədə canlı yayım açan şəxslə bağlı AÇIQLAMA
17.09.2020 13:15
Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a daxil olan məlumatda deyilir:

Dünən İlkin Muradov adlı şəxs "facebook” sosial şəbəkəsindəki səhifəsində yaşadığı Füzuli rayonunun Qayıdış qəsəbəsindən canlı yayım açaraq, idarə etdiyi avtomobilin əsassız olaraq polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirildiyini, özünün isə rayon Polis Şöbəsinə aparıldığını bildirib.
İlkin Muradov kimdir?

O, anası Gülfüyyə Əliyeva ilə birlikdə yaşayır. Dəfələrlə anası DİN-in "102 - Zəng Mərkəzi”nə və Füzuli Rayon Polis Şöbəsinə müraciət edərək oğlu tərəfindən döyüldüyünü bildirib.

Onunla aparılan profilaktiki söhbətlər zamanı İlkinin psixi durumunun yerində olmadığı, əsəb gərginliyindən əziyyət çəkdiyi açıq-aşkar hiss olunub. Ona görə də, 2019-cu ilin fevral ayının 25-dən ailə münaqişəli ailə kimi qeydiyyata götürülərək profilaktiki tədbirlər aparılıb. Lakin bütün bunlardan nəticə çıxarmayan İlkin anasını döyməkdə davam edib. Məhz anasının şikayəti əsasında o, bu il yanvarın 13-də məhkəmənin qərarı ilə 20 gün, mayın 5-də isə 30 gün inzibati qaydada həbs olunub.

Sentyabrın 14-də İlkin Muradovun sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2106” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilib. İki gündən sonra anası Gülfüyyə Əliyeva yenidən "102 - Zəng Mərkəzi”nə müraciət edərək oğlu İlkin tərəfindən döyüldüyü bildirib. Onların hər ikisi RPŞ-yə dəvət olunub. Lakin sonradan ana oğlunun bağışlanması üçün ərizə yazıb.

"Odur ki, belə psixi pozğunluğu olan, doğmaca anasını döyən birisinin nə danışığına, nə də iddialarına inanmaq, dediklərini ciddiyə almaq sadəlövlük olardı", - Mətbuat Xidmətindən bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol