• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa qalib gəlmək üçün effektiv üsul aşkarlandı

Koronavirusa  qalib gəlmək üçün effektiv üsul aşkarlandı
18.09.2020 09:01
Kaliforniya Universitetinin alimləri infeksiyanın bədənə daxil olmasına imkan verən molekullara təsir edərək koronavirusu məğlub etməyin təsirli üsulunu kəşf ediblər.

Anews.az xəbər verir ki, mütəxəssislərin işinin nəticəsi "Cell” jurnalında dərc edilib.

Alimlər koronavirusun heparansulfat molekulu olmadan hüceyrələrə yoluxa bilməyəcəyini aşkarlayıblar. Molekullar ağciyər hüceyrələrinin səthində yerləşir və virusun bədənə daxil olduğu reseptor rolunu oynayır.

Daha əvvəl mütəxəssislər SARS-CoV-2-nin sağlam hüceyrələrə bağlandığını müəyyənləşdiriblər. Məlum olub ki, o, sonra bədənə ACE2 reseptoru vasitəsilə daxil olur.

İndi heparansulfatın bir qoruyucu kimi çıxış etdiyi müəyyən edilib. Bu, virusun hüceyrəyə bağlanmazdan əvvəl əlavə olaraq onunla təmasda olması deməkdir.
Alimlər heparansulfatın hüceyrədən çıxarılması halında koronavirusun bədənə daxil olma qabiliyyətinin 80-90% azalacağını qənaətinə gəliblər. Bundan başqa, heparin maddəsindən insan hüceyrələrinə toxunmağa imkan vermədən virus üçün "tələ” kimi istifadə etmək olar.
Mütəxəssislər güman edirlər ki, kəşf COVID-19-dan yeni effektiv dərmanlar yaratmağa kömək edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol