• $
  • €
  • ₽
  • ₺
  • £

ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək
18.09.2020 21:30
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) təhsildə fərqlənən Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələrini həvəsləndirmək məqsədi ilə daim onları əlavə təqaüdlə təmin edir.

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu il də yaz semestrində fərqlənən 71 əlaçı bakalavr və 4 əlaçı magistr ASCO sədri Rauf Vəliyevin əmri ilə xüsusi təqaüdə layiq görülüb.

Bununla belə, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə görə, ADDA-nın "Gəmi sürücülüyü” fakültəsinin "Dəniz naviqasiyası mühəndisliyi” və "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının bakalavriat pilləsində təhsil alan 53 tələbəsi "Əlaçı” təqaüdünə layiq görülüb. Bu tələbələr imtahan sessiyasını 91-100 bal aralığında göstərici ilə bitiriblər.  135 tələbə növbəti semestrdə həvəsləndirici təqaüd almaq şansı qazanıb. Qaydalara görə, bu tələbələrin imtahan sessiyası üzrə ümumi orta balı 71-100 və ən azından bir akademik fənn üzrə göstəricisi 91-100 bal arasında olmalıdır.  "Gəmi sürücülüyü” fakültəsinin 29 tələbəsi isə adi təqaüd alacaqlar.

Fakültənin magistratura pilləsində təhsil alan 4 nəfər əlaçı, 5 nəfər həvəsləndirici və 1 nəfər adi təqaüdə layiq görülüb.

Akademiyanın "Gəmi mexanikası və elektromexanikası” fakültəsinin "Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və "Elektrik mühəndisliyi” ixtisaslarının 18 bakalavr tələbəsi əlaçı, 112 tələbəsi həvəsləndirici, 51 tələbəsi isə adi təqaüd alacaq.
"Gəmi mexanikası və elektromexanikası” fakültəsinin magistratura pilləsinin 1 magistrantı həvəsləndirici, 3-ü isə adi təqaüd almaq hüququ qazanıb.
Bu fakültədə əlaçı təqaüdünə layiq görülən 2 tələbə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təqaüd miqdarının 2 mislini alacaq.
Bu il COVİD-19 pandemiyasının ölkədə təhsil prosesinə vura biləcəyi zərər nəzərə alınmaqla Nazirlər Kabinetinin yaz imtahan sessiyasının keçirilməsi və təqaüdlərin təyin edilməsi qaydalarına müvəqqəti dəyişiklilər olub. Belə ki, hər hansı səbəbə görə onlayn imtahanlara qoşula bilməyən akademik borcu yaranan tələbələr üçün yeni 2020/2021-ci tədris ili başlayanadək bu borcları ləğv edərək təqaüd siyahısına düşmək imkanı yaradılıb.
Akademiyanın 4 tələbəsi bu imkandan yararlana bilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol