• $
  • €
  • ₽
  • ₺
  • £

Yevlax Rayon Mərkəzi Xəstəxanası cərimələndi - RƏSMİ

Yevlax Rayon Mərkəzi Xəstəxanası cərimələndi - RƏSMİ
19.09.2020 12:16
Yevlax Şəhər Mərkəzi Xəstəxanasının ətrafında antisanitar vəziyyətlə bağlı məlumat vermişdik. Sözügedən vəziyyətlə bağlı xəstəxana rəhbərliyi cərimələnib.

Bu barədə Anews.az-a Yevlax Rayon Mənzil Kommunal İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, xəstəxana uzun müddətdir məişət və xəstəxanada istifadə edilən digər tullantıların daşınması üçün heç bir ödəniş etməyib:

"Belə ki, xəstəxana ilə Yevlax Mənzil Kommunal İstehsalat Birliyi arasında tullantıların daşınması üçün müqavilə imzalanıb. Xəstəxana isə bu müqavilənin tələblərini yerinə yetirməyib. Ödəniş olmadığına görə, tullantıların daşınması həyata keçirilməyib. Bu səbəbdən də tullantılar xəstəxananın tibbi personalı tərəfindən xəstəxana binasının hasarında arxa tərəfə atılıb.



Bu da haqlı olaraq narazılıq yaradıb. Vətəndaşların şikayəti əsasında,əraziyə baxış keçirilib. Pandemiya dövründə belə vəziyyətin yaranmasına şərait yaratdığı üçün Yevlax Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin (İXM) 266.4 maddəsi ilə cərimələnib.
Cərimə tətbiq edildikdən sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanası müqavilə əsasında Yevlax Mənzil Kommunal İstehsalat Birliyinə olan müvafiq maliyyə borcunu dərhal ödəyib. İki qurum arasında yenidən müqavilə imzalanıb. Bundan sonra Yevlax Mənzil Kommunal İstehsalat Birliyinin əməkdaşları tərəfindən ərazi təmizlənib, dezinfeksiya olunub.  Vəziyyətlə bağlı xəstəxana rəhbərliyinə xəbərdarlıq olunub, bənzər vəziyyətin təkrarlanmaması barədə təlimat verilib”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol