• $
  • €
  • ₽
  • ₺
  • £

“Mənə vergi verilib” deyərək bibisini öldürdüyü iddia edilən şəxs barədə DİN-dən AÇIQLAMA – VİDEO

“Mənə vergi verilib” deyərək bibisini öldürdüyü iddia edilən şəxs barədə DİN-dən AÇIQLAMA – VİDEO
21.09.2020 11:42
Bir neçə gün əvvəl sosial şəbəkələrdə "vergi verildiyi” deyilən Emin Ramazanov adlı şəxsin görüntüləri yayılıb. Videoda həmin şəxs zob xəstəliyindən əziyyət çəkən doğma bibisini qeyri-adi üsullarla müalicə edərkən qadının anidən huşunu itirdiyi görünür. Bu videonun ardından qadının vəfat etdiyi, Emin Ramazanovun isə qaçıb gizləndiyinə dair məlumatlar yayılıb.

Mövzu ilə Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidovla əlaqə saxladıq.

O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə yayılan həmin görüntülərdə qadının ölməsi məlumatı yalandır:

"Videoda "vergi verildiyi” deyilən şəxs 1982-ci il təvəllüdlü Emin Ramazanovdur. Lənkəran şəhərində yaşayır. Bir ay bundan qabaq Bakıya bibisi Şərqiyə Babayevagilə gəlib. Bibisi zob xəstəliyindən əziyyət çəkir. Bu şəxs də bibisinə təklif edib ki, mənə vergi verilib, dini ayinlərlə səni müalicə edəcəm.
 
Bibisinin həyat yoldaşının, qızlarının yanında bu şəxs Şərqiyə Babayevanın boğazını bir-iki dəfə sıxan kimi qadının ürəyi gedib yerə yıxılır. Təxminən 5 dəqiqədən sonra qadın özünə gəlir.
 
Onun vəfat eləməsi barədə yayılan xəbər isə yalandır. Hətta, çağrılıb izahat da alınıb. Sadəcə ani olaraq qadın huşunu itirib sonra özünə gəlib. Məsələ bundan ibarətdir. Həmin oğlanın qaçması, qeybə çəkilməsi barədə deyilənlər isə uydurmadır. Emin Ramazanov hazırda Lənkərandır, bibisinin də heç bir şikayəti yoxdur”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol