Bu il Azərbaycanda bağlı qalan 241 cinayətin üstü açılıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Bu barədə anews.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu günün rəqəmi isə "241”-dir.
Belə ki, 2020-ci ilin I yarımili ərzində Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 241 cinayətin açılması təmin edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























