Əvvəlcə vətəndaşı döydülər, sonra maşınını qaçırdılar

Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək "Niva” markalı avtomobilini aldıqlarını bildirib.
Anews.az DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobil sahibinə qaytarılıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























