• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metropolitenində sərnişin sayı azalıb

Bakı metropolitenində sərnişin sayı azalıb
22.09.2020 16:38
Bakı metropolitenində gündəlik sərnişin sayı azalıb.

Anews.az bildirir ki, bunu Unikal.org-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Bakı metropolitenində gün ərzində orta hesabla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşınır:

"Məlumdur ki, ölkəmizdə yeni növ koronavirus ("COVID-19”) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilir. Sentyabr ayında bir qayda olaraq, yeni tədris mövsümü başlanır və fəal istirahət dövrü başa çatır. Sərnişindaşımanın azalmasının səbəbi bu il tədris mövsümünün yeni qaydalar üzrə başlanması, eləcə də idarə, müəssisə və təşkilatların işinin müəyyən edilmiş qaydalara uyğun tənzimlənməsidir".

B.Məmmədov qeyd edib ki, mövcud şəraiti və tələbləri nəzərə alaraq, Bakı metropolitenində sərnişinlərin ictimai nəqliyyatda metodiki göstərişlərin tələblərinə riayət etməsinin, xüsusilə də sosial məsafənin qorunmasının təmin edilməsi məqsədilə qatarların hərəkəti ən optimal hərəkət qrafikinə uyğun tənzimlənir, metropoliten gücləndirilmiş iş rejimi şəraitində çalışır.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol