• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq bu şəxslərə vurulacaq

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq bu şəxslərə vurulacaq
23.09.2020 16:52
Azərbaycanda koronavirusa görə vaksinlərin ilkin olaraq kimlərə vurulacağı açıqlanıb.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib. 

O qeyd edib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib:

"Yəqin ki, bu həftəsonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları əməkdaşları, eyni zamanda, yanaşı xəstəliyi olan şəxslərə, dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan-damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir”.

O əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq.

TƏBİB sədri vurğulayıb ki, vaksinlərin tətbiqi zamanı istehsalçının tövsiyələri nəzərə alınacaq:
"Biz hesab edirik ki, aşağı yaşlılara, reproduktiv dövrdə olanlara vurulmasın. 65 yaşdan yuxarı insanlar risk qrupuna daxil olduğu üçün bu yaşdakı insanlara vaksinlərin vurulması məqsədəuyğundur.

Ancaq istehsalçının tövsiyələri nəzərə alınacaq. Yəni biz istehsalçının tövsiyələri ilə milli strategiyanı nəzərə alıb qərar qəbul edəcəyik”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol