• $
  • €
  • ₽
  • ₺
  • £

46 yaşında yenidən tələbə adını qazandı

46 yaşında yenidən tələbə adını qazandı
24.09.2020 11:53
Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən biri də Sarxan Mikayılovdur.

BANM-dən Anews.az-a verilən məlumata görə, 1974-cü il təvəllüdlü Sarxan Mikayılov tələbə yoldaşlarının hamısından yaşca böyükdür. 24 il sonra yenidən təhsil almaq istəyinə səbəb çox sürətlə inkişaf edən elmi texniki tərəqqi və daimi dəyişən dünya reallıqları ilə ayaqlaşmaq istəyidir. O hesab edir ki, müasir insan yaşından asılı olmayaraq öz üzərində işləməli, biliklərini təkmilləşdirməli, lazım gəldikdə yeni biliklərə yiyələnməkdən çəkinməməlidir.

1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini qırmızı diplomla bitirən S.Mikayılov hazırda Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan "Azre Təkrarsığorta” ASC-də Aktuar departamentin direktoru – Məsul aktuari vəzifəsində çalışır. 

2011-2015-ci illlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Aktuarlar Assosasiyasının dəstəyi ilə keçirilən altı mərhələdən ibarət olan "Aktuari kursları”nı müvəffəqiyyətlə başa vurub. 15 illik iş karyerası müxtəlif biznes sahələrini (İT və proqramlaşdırma, metallurgiya, poliqrafiya) əhatə edir. 2011-ci ildən isə sığorta sahəsində fəaliyyət göstərir.

 "Karyeramın geri qalan illərini bisnes sahəsində fəaliyyət göstərən şirkətlərin idarəedici orqanlarında təmsil olunmağı, çalışacağım yerə daha çox fayda verməyi və əlbəttə öz biliklərimi daha da təkmilləşdirməyi düşünürəm. Bunun üçün əvvəlki iş təcrübələrimə nə qədər güvənsəm də "Biznes idarəetməsi” üzrə təhsilim olmadığından yenidən təhsil almaq qərarına gəldim. Hesab edirəm ki, idarəetmə nə qədər təcrübə və bacarıqlara əsaslansa da, müasir dövrümüzdə nəzəri biliklərsiz faydalı nəticə əldə etmək, hədəfə çatmaq çox çətindir. BANM-dəki təhsildən əsas gözləntim MBA proqramında tədris olunan fənlərin yüksək səviyyədə tədris olunmasıdır. Bu mənim nəzəri biliklərimin artmasına, təcrübi biliklərimin isə daha da sistemləşməsinə öz töhfəsini verəcəkdir”.

Bakı Ali Neft Məktəbini seçmə səbəbinə gəlincə, o bildirib ki, Bakı Ali Neft Məktəbi ölkədə fəaliyyət göstərən və beynəlxalq standartların tələblərinə cavab verən ali məktəblərin ilk üçlüyündə təmsil olunur. 

"Mənim məqsədim də daha keyfiyyətli təhsil almaq olduğundan Bakı Ali Neft Məktəbində təhsil almağa qərar verdim”- deyə S.Mikayılov qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol