Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr, saat 17:00-dək davam edəcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək, övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.
Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























