• $
  • €
  • ₽
  • ₺
  • £

Adil Əliyev oğlunun maşın kolleksiyası haqda xəbərə reaksiya verdi

Adil Əliyev oğlunun maşın kolleksiyası haqda xəbərə reaksiya verdi
24.09.2020 13:33
Xaricdə yaşayan bloqer Həbib Müntəzir Milli Məclisin vitse-spikeri Adil Əliyevin oğlu Əli Əliyevin maşın kolleksiyasının olduğu haqda məlumat yayıb. 

"Qafqazinfo” xəbər verir ki, onun iddiasına görə, 23 yaşlı  Ə.Əliyev 99-HA-999 dövlət nömrə nişanlı bir neçə maşına sahibdir: "Bildiklərim bunlardır: "BMW X5 M”, "Porsche Panamera GTS” və "Jiquli VAZ-2107” (avtoşluq üçün). Dövlət nişanlı 10-KO-555 nömrə ilə isə "Cadillac Escalade” sürür. Bəzən nömrəni "BMW X5 M” dəyişərək də qanunsuz olaraq istifadə edir”. 

Adil Əliyev də öz növbəsində Həbib Müntəzirin iddialarına cavab verərək bu xəbəri təkzib edib:
 
"Dostlar, Almaniyada yaşayan Həbib Müntəzirə yazdığım cavabı təqdim edirəm. Mənə qarşı küləyin hansı istiqamətdən əsdiyinə özünüz qərar verin.
Həbib Müntəzir, əvvəla avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?

O ki qaldı nömrəyə, bəli nömrə mövcuddur. Ancaq avtomobil kolleksiyası mövcud deyil. Mən çox heyfslənirəm ki, kütlə psixologiyası ilə idarə olunan bəzi həmyerlilərimiz var. Təsəvvür edə bilmirəm ki, bir nömrəni necə bir neçə avtomobilə vurmaq olar? Bir az ağıllı düşünmək lazımdır. Başınız ilə fikirləşsəydiniz, başa düşərdiniz ki, nömrə əvvəl bir avtomobildə olub, sonra o avtomobil satılıb, başqa avtomobil alınıb və nömrə də üstünə vurulub. 
Cəmi iki köhnə avtomobil. Bu qədər bəsit. Bu gün Azərbaycanda kiçik bizneslə məşğul olan insanların da "BMW”si var. Küçələr doludur köhnə, işlənmiş avtomobillərlə. Hamısı da kreditə verilir, buyurun ağlınız və imkanınız varsa, siz də alıb sürə bilərsiniz. 

Heç olmasa, məlumatı verən adamlardan soruşardınız. Hə, əgər bu avtomobillər dövlətdən və xalqdan  oğurlanan pullarla alınıbsa, onda mən sizinlə razıyam. Yazmağa və işıqlandırmağa haqqınız var. Əks-təqdirdə belə yalan məlumatlarla camaata özünü ağıllı göstərirsənsə, böyük səhv edirsən. 

Mən və ailəm heç vaxt büdcə təşkilatında işləməmişəm ki, əlimdən hər hansı maliyyə keçsin, mən də əliəyrilik edim. Bu günə qədər maliyyə ilə bağlı, hər hansı tenderdə, alqı-satqıda, təmir tikintidə iştirak etməmişik. Ona görə də bu yazını sifariş verənlər, öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, sizin vasitənizlə həyata keçirirlər. Siz də bu yalanların alətinə çevrilirsiniz. Mən öz əməllərimə görə hər yerdə və hər zaman cavab verməyə hazıram. Ancaq yalan üzərində qurduğunuz oyunlar cinayətdən başqa bir şey deyil. 

Bir də burada kütlə təfəkkürü ilə yaşayanlara demək istəyirəm ki, yazdığınız şər və böhtana görə, mütləq Allah qarşısında cavab verəcəksiniz. Bir tək Allah şahidimdir ki, mən çox rahatam, çünki sizdən yox, Allahdan qorxuram”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol