• $
  • €
  • ₽
  • ₺
  • £

BP-də işləyən ərini qısqanclığa görə qətlə yetirib

BP-də işləyən ərini qısqanclığa görə qətlə yetirib
25.09.2020 11:00
"BP-Azərbaycan” şirkətində işləyən əri Araz Sofiyevi öldürməkdə təqsirli bilinən Rəna Sofiyevanın məhkəməsi başlayır.

Anews.az-ın verdiyi xəbərə görə, ötən ilin iyulunda törədilən qətlin cinayət işi üzrə istintaq yekunlaşaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. Hələ ki, ilkin hazırlıq iclasının vaxtı təyin olunmayıb.
2019-cu il iyulun 7-də gecə saat 03 radələrində Suraxanı rayonunda baş verən qətl hadisəsi çox müəmmalı halları ilə yadda qalıb. Belə ki, 40 yaşlı Araz Sofiyev divanda yatdığı yerdə 17 bıçaq zərbəsi ilə qətlə yetirilib. Kənd təsərrüfatı texnikasının tədarükündə ixtisaslaşan 4S şirkətinin rəhbər müavini işləmiş Rəna Sofiyeva isə iki naməlum şəxsin evə girərək onlara hücum etdiyini bildirib. R.Sofiyeva həmin şəxslərin ona da xəsarət yetirdiyini bildirib və deyib ki, həmin şəxslər ərinin onlara borclu olduğunu deyiblər. Qadının sözlərinə görə, daha sonra həmin şəxslər Rəna Sofiyevadan 4.800 dollar alaraq hadisə yerindən qaçıblar.

Lakin 17 bıçaq zərbəsi alan ərin yanındakı qadına sadəcə cızıq xəsarəti yetirilməsi istintaqı aparan müstəntiqdə şübhə yaradıb. Araşdırma zamanı Araz Sofiyevin heç kimə borclu olmadığı məlum olub. Cinayət törədilən zaman evdə olan Rəna Sofiyevanın anası və 15 yaşlı oğlu isə yatdıqları üçün heç nə eşitmədiklərini deyiblər. Ətrafdakı müşahidə kameralarında isə yalnız 1 nəfərin küçədən keçdiyi görünüb.

İstintaq Araz Sofiyevi həyat yoldaşı Rəna Sofiyevanın öldürdüyü qənaətinə gəlib. Onun barəsində rayon məhkəməsi həbs qətimkan tədbiri seçsə də, qadın cinayəti etiraf etməyib. Araşdırma zamanı məlum olub ki, cütlük boşanma ərəfəsində olub, son zamanlar aralarında tez-tez ailədaxili münaqişələr yaranırmış. Məhkəmə ekspertləri mərhum Araz Sofiyevin qanında hücuma müqavimət göstərilməsinin qarşısını almaq üçün istifadə olunan trankvilizator tərkibi tapıblar.

İstintaqın gedişatında Rəna Sofiyeva cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib. O, ərini yatarkən öldürdüyünü bildirib.

Araz Sofiyev "BP-Azərbaycan”, "Baltika-Bakı” və "Aqrovest İMP” şirkətlərində müxtəlif vəzifələrdə işləyib. Rəna Sofiyeva isə qətl törədilən müddətdə "Meqa Studio” dizayn şirkətində çalışıb. 
2003-cü ildə ailə həyatı quran cütlüyün 2005-ci il təvəllüdlü oğlu olub. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol