Toylara niyə icazə verilmir?

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kütləvi tədbirlərin təşkili və bir məkanda 10 nəfərdən artıq adamın toplaşması qadağandır. Həm açıq, həm də qapalı məkanlarda say məhdudiyyəti var”.
Anews.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov "Facebook” səhifəsindəki "Təhlükəsiz qida” adlı onlayn verilişdə bildirib.
E. Mikayılov əlavə edib ki, epidemik risk aşağı düşdüyü halda, bu məsələyə baxılacaq: "Bugünkü qərar ondan ibarətdir ki, kütləvi şəkildə toplaşmaq kütləvi şəkildə ünsiyyət deməkdir. Bu isə kütləvi şəkildə yoluxma riski yaradır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























