• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi
26.09.2020 18:01
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev vəzifəsindən istefa verib,  bu barədə məlumatı o özü sosial media hesabında yayıb. 


Hacı Yasin Əliyev istefa səbəbi kimi səhhətində yaranmış problemləri göstərib:


"Son zamanlar sağlamlığımda müəyyən ciddi problemlər yaranıb. Bir ildir ki, həkimlərin nəzarəti altında intensiv müalicə alıram. İnşallah ki, Uca Allahın şəfası və həkimlərin də köməyi ilə tez bir zamanda sağalaram.


Həkimlərin məsləhəti və tövsiyələrinə əsasən, müalicə dönəmində psixoloji və fiziki olaraq stress və ağır işlərdən uzaq olub, istirahətə çox önəm verməli olduğum bildirilib. Təbii ki, tutduğum məsuliyyətlə həmin tövsiyələrə əməl etmək mümkün olmadığından iki uşaq atası olaraq öz işimdən çəkilməyi, istefa verməyi qərara alıram. Mən həmkarlarım şeyx və müfti ilə müsəlman icması üçün 20 illik fədakar zəhmət və şirin xatirələrlə ayrılacağam”.  


Hacı Yasin Əliyev onu da qeyd edib ki, yaxın gələcəkdə Ali dini şura toplanaraq yeni müftini seçki yolu ilə müəyyənləşdirəcək. Hələlik onun vəzifəsini müşaviri hacı Eyvaz Mərdanov icra edəcək.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol