• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Sadıqov piket keçirəcək

Elçin Sadıqov piket keçirəcək
26.09.2020 23:18

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyətini dayandırıb. Onu Bakıdakı 14 saylı vəkil bürosuna keçirib. Rəyasət Heyəti həmçinin Sadıqova töhmət elan edib.
 
Elçin Sadıqov Azərbaycanda yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin hüquqlarını müdafiəsi ilə tanınır. O, Avropa İnsan Hüquqları Məhkəməsində çoxsaylı işləri udub. Elçin Sadıqov əvvəllər də vəkillik fəaliyyətinə görə tənbehlərlə qarşılaşıb.
 
O son aylarda Amnesty International tərəfindən vicdan məhbusu kimi tanınan müxalif siyasi xadim Tofiq Yaqublunun və iyulun 14-də Azərbaycan Ordusunu dəstək məqsədi ilə keçirilən aksiyada yaranan insident faktı ilə bağlı cinayət işi üzrə həbs edilən müxalifət fəallarının vəkilidir.
 
Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ona qarşı qərarı qanunsuzdur. Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəm ki, Vəkillər Kollegiyasının və Prezident Administasiyasının binaları qarşısında vəkillərə təzyiqlərə son qoyulması tələbi ilə təkadamlıq piket keçirim.
"Vəkillər Kollegiyası ötən il fərdi vəkilliyin ləğvi ilə bağlı siyasət aparırdı. Ancaq, o şəxslərə fərdi vəkillik verilirdi ki, həmin şəxslər kollegiyanın rəhbərliyinin yaxın çevrəsidir. Ötən il mənim də fərdi vəkillik fəaliyyətimi ləğv etdilər və sonradan bərpa etdilər. Ona görə ki, bu, tamamilə qanunsuz idi. Dünən də bir intizam icraatına baxdılar. Hansı ki, həmin şikayəti də özləri təşkil etmişdilər. Məndən şikayəti təşkil etdirən Rəyasət Heyətinin üzvü, qarşı tərəfin vəkili Elçin Qəmbərov idi. Şikayətə dünən, sentyabrın 25-də baxıldı. Məhkəmənin və prokurorluğun əməlimdə pozuntu olmaması barədə qərarı olmasına baxmayaraq (qərarı sentyabrın 2-də Səbail rayon Məhkəməsi verib, 30 iyulda isə rayon prokuroru qərar qəbul edib ki, Sadıqovun əməlində qanunn pozuntusu yoxdur) Vəkillər Kollegiyası məni vəkil etikasını pozmaqda təqsirli bildi. Bu tamamilə əsassız idi. Hesab edirəm ki, bu şikayəti Vəkillər Kollegiyası təşkil etmişdi. Eyni zamanda, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 22-ci maddəsinin 3-cü hissəsinə görə pozuntu törədildiyi andan bir il müddətində tətbiq oluna bilər. İntizam icraatı isə altı ay ərzində davam edə bilər. Mənimlə bağlı intizam icraatı yanvarın 15-də başlayıb. Doqquz ay on gündən sonra qərar qəbul olundu. Bu da tamamilə qanunsuzdur. Məni ötən ilin may ayının 14-də olanlara görə təqsirli bildilər, halbuki bir il dörd aydan çox müddət keçib. Məni təqsirli bilə biməzdilər. Məhkəmənin qərarı ilə yanaşı qanuna hörmət qoyub məni təqsirli bilə bilməzdilər,” vəkil qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol