• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əsgəri vurduqca İrəvan güzəşt üçün Bakıya niyə yalvarır? “Məsumiyyətin” iç üzü açıldı

Azərbaycan əsgəri vurduqca İrəvan güzəşt üçün Bakıya niyə yalvarır? “Məsumiyyətin” iç üzü açıldı
28.09.2020 14:34
"France 24” telekanalına müsahibə verən Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan təkcə rəsmi şəxs olaraq verdiyi açıqlamada ümumi vəziyyəti və təmsil etdiyi dövlətin mövqeyini şərh etməyib, eyni zamanda bildirib ki, "Dağlıq Qarabağda şimaldan cənuba doğru hərbi əməliyyatlar davam edir”.
O, maraqlıdır ki, bu müsahibəsini bir neçə saat əvvəl Baş nazir Paşinyanın Makrona zəng etməsindən və prosesə müdaxilə etməsi üçün xahişindən az sonra verir.

"Genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir”, deyən XİN rəhbəri ən sonda rəsmi İrəvanın kompromisə hazır olduğunu bildirib:

"Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini istəyirik, buna sadiqik. Münaqişənin sülh yolu ilə həll edilməsi, kompromisə əsaslanan həll variantının tapılması maraqlarımıza uyğundur”.

Dərhal belə bir sual meydana çıxır ki, 30 il ərzində Azərbaycan hətta öz tərkibində Dağlıq Qarabağ ermənilərinə ən yüksək səviyyədə status verməyə hazır olduğunu bəyan etdiyi halda, Ermənistan prosesi hər dəfə niyə dalana dirəmək üçün can atıb və bunu bacarıb.

İndiki bəyanatın ana cümləsi "kompromis”in səslənməsi üçün mütləq Azərbaycan əsgərinin işğal faktını durdurmaq üçün, status – kvonu laxlatmaq üçün silaha əl atmasımı lazım idi?

Bəs, illər uzunu rəsmi İrəvanın yürütdüyü işğalçılıq, aqressorluq, barışmazlıq statusu hara getdi?

Dünya ictimaiyyətini alatmaqla Azərbayca torpaqlarını mənimsəməyə cəhdin təbliğat yalanlarına bürünməsini necə izah etmək olar?
Yaxud da Azərbaycan əsgərinin silahı qarşısında güzəşt iddialarını səsləndirmək İrəvanın hansı səmimiyyətindən xəbər verir?

Hər bir halda, gecdir, ordumuz Xankəndi, Şuşa, Qarabağın digər torpaqlarının azadlığı uğrunda tarix yazmaqda və irəliləməkdədir.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol