Təhsil Nazirliyi məlumat yaydı

Dərslərə davamiyyətlə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Anews.az həmin məlumatı təqdim edir:
İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir. Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib.
Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.
www.anews.az
























