ABŞ-da ermənilər həmvətənimizə hücum çəkdi

ABŞ-da həmvətənimiz ermənilərin hücumuna məruz qalıb.
Anews.az reporta istinadla xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib.
Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gənc bir qrup erməninin hücumuna məruz qalıb. Belə ki, 7 nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib. Nəticədə azərbaycanlı gənc başından yüngül xəsarət alıb.
Həmyerlimizin polislə əlaqə saxladığını görən ermənilər qaçaraq ərazidən uzaqlaşıblar.
www.anews.az
























