• $
  • €
  • ₽
  • ₺
  • £

Elçibəyin ailəsi dövlətdən kömək istədi

Elçibəyin ailəsi dövlətdən kömək istədi
24.06.2014 15:27

“Mən Ərturqutun dayısı kimi xahiş edirəm, kimin imkanı varsa onu işə qoysun. Xahiş edirəm, ürəkləri hara istəyir ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?”.

Bunu AzVision.az-a mərhum prezident Əbülfəz Elçibəyin qayını Mirmövsüm Mahmudov deyib.

Elçibəyin oğlunun işsiz olduğunu deyən M.Mahmudov imkanlı şəxslərə, dövlət məmurlarına müraciət edib.

“Yazıq uşaq, cavandır, amma bir iş tapıb, işləyə bilmir. Ad çəkmək istəmirəm, amma iş üçün çox yerə müraciət etmişik. Neçə adamdan xahiş də etmişəm, heç kim işə götürmür. Deputatlardan da xahiş etmişəm hətta.

Almurad əmisi deyir ki, ona iş tapmışam, amma ortada heç nə yoxdu. Mən dayısı kimi xahiş edirəm, kimin imkanı var onu işə qoysun. Xahiş edirəm, ürəkləri hara istəyir ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?. Elçibəy bu millətə nə edib ki, onun oğlu iş tapıb işləyə bilmir. Yenə deyirəm, biz çox sevinərik ki, ona kim isə iş versin” - deyə mərhum prezidentin qayını qeyd edib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol