Azərbaycanda 8 yük vaqonu aşdı

Azərbaycanda 8 yük vaqonu aşıb.
ANN.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə iyunun 23-də saat 07.00 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində baş verib.Qəza nəticəsində aşan vaqonlardan beşi sementlə dolu olub. Qəza nəticəsində yük dağılmayıb.Vaqonların relsə qaldırılması üçün tədbirlər görülür.Faktla bağlı araşdırma aparılır.ANN.Az























