• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan və Dağlıq Qarabağda demoqrafik vəziyyət - İNFOQRAFİKA

Ermənistan və Dağlıq Qarabağda demoqrafik vəziyyət - İNFOQRAFİKA
16.10.2020 13:34
Beynəlxalq hesabatlar və rəsmi statistik məlumatlar Cənubi Qafqaz ölkələri arasında ən az əhaliyə malik olan Ermənistanın ciddi demoqrafik böhranla üzləşdiyini göstərir. 100 il əvvəlki və hazırkı demoqrafik göstəricilərin müqayisəli təhlili, ölkənin gələcək dövrü üçün neqativ proqnozlara əsas verir.

Ermənistanda əhalinin azalma tendensiyası 1988-ci ildən etibarən azərbaycanlıların bu regiondan məcburi çıxarılması ilə başlayır. Bu ölkədə aparılan təhlillər həmin dövrdən etibarən əhali artımının ən az 2 dəfə azaldığını göstərir. Hazırda isə ermənilər 100 il əvvəl işğalçılıq və soyqırım siyasəti ilə ələ keçirdikləri torpaqları tərk edib başqa ölkələrə axın edirlər. Hər il əhalisinin ən az 1%-nin ölkəni tərk etməsi bu ölkə üçün kifayət qədər ciddi göstərici hesab olunur.

BMT-nin məlumatlarına əsasən hər hansı ölkədə mövcud yaşlı əhali ümumi əhalinin 7%-ni təşkil etdikdə, həmin ölkə yaşlı əhaliyə malik ölkə hesab olunur. Rəsmi məlumat və proqnozlar Ermənistanda əhalinin 12%-dən çoxunun yaşlı olduğunu və bu göstəricinin 2020-2024-cü illər ərzində 20%-ə yüksələcəyini göstərir.

Dağlıq Qarabağdan məcburi köçürülən azərbaycanlılar ümumilikdə Qarabağ əhalisinin 85%-ni təşkil etdiyi halda, hazırda orada məskunlaşan ermənilər Qarabağ əhalisinin cəmi 15%-ni təşkil edir. Dağlıq Qarabağ və ətraf rayonlardakı mövcud böhranlı demoqrafik vəziyyət qondarma respublikanın öz statistikalarında təsdiqini tapır. Statistik göstəricilərin təhlili Dağlıq Qarabağ və ətraf rayonlarda əhalinin təbii artımının hər il azaldığını, gender balansının pozulduğunu, emiqrasiyanın sürətləndiyini göstərir.
 
Evlənmə və boşanma statistikasındakı qeyri-mütənasib əlaqə, nikah vəziyyətindəki böhranın göstəricisidir. Eyni zamanda yaş qruplarının təhlili orta yaşlı nəslin üstünlük təşkil etdiyini aydın göstərir. Beynəlxalq təşkilatlar Qarabağda məskunlaşan ermənilərin orta yaş göstəricisinin yaxın gələcəkdə daha da yüksələcəyini proqnozlaşdırır.
 
Sosial Tədqiqatlar Mərkəzi 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol