• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı yazıçı-jurnalist vəfat etdi

Azərbaycanlı yazıçı-jurnalist vəfat etdi
29.05.2020 12:19
 Yazıçı, “Azərbaycan” jurnalının əməkdaşı Sara Nəzirova bu gün səhər saatlarında dünyasını dəyişib. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin APA-ya verdiyi məlumata görə, onun ölümünə səbəb uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyi olub. İ. Qasımzadə qeyd edib ki, yazıçı son aylarda özünü yaxşı hiss etsə də, səhhəti son günlərdə kəskin pisləşib. S. Nəzirova öz vəsiyyəti il Sahil qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Qeyd edək ki, Sara Nəzirova 1944-cü ilin 29 dekabrında Oğuz rayonunda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirib. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbinin diplomunu alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunub. 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləyib. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyində və «Azərbaycan» jurnalının nəsr şöbəsində işləyib. 1983-cü ildə  «Terrakota», 1986-cı ildə «Qədir ağacı», 1992-ci ildə  «Tale damğası», 1990-cı ildə  «Nağıl nabatı», 1996-cı ildə  «Beton evdən yazılar», 2007-ci ildə «Əşrəf Muradoğlu» və başqa kitabları çap olunub. «Azərbaycanfilm» kinostudiyasında «Batmış şəhərin incəsənəti», «Nar nağılı», «Qəsd», «İçərişəhərin hamamları», «Dost dosta tən gərək», «Üfüqü ötənlər» filmləri onun ssenariləri əsasında çəkilib. Sara Nəzirovanın «Nağılını göstər», «Mərd körpüsü», «Qayıt», «Sözün sehri» pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulub. Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub. 9 may 2012-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol