• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərpoçt” ötən ili mənfəətlə başa vurub

“Azərpoçt” ötən ili mənfəətlə başa vurub
04.11.2020 20:00
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC 2019-cu ili 2,721 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 1,156 milyon manat zərərlə çıxmışdı.


Anews.az xəbər verir ki, ötən il "Azərpoçt”un gəlirləri 45,156 milyon manat (illik müqayisədə 1% az), xidmətlərinin maya dəyəri 26,306 milyon manat (10,8% az), sair əməliyyat gəlirləri 3,030 milyon manat (2,9 dəfə çox), əməliyyat xərcləri 18,452 milyon manat (2,2% çox), xarici valyutada mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlir çıxılmaqla zərəri zərəri 46 min manat (6,5 dəfə az), maliyyə gəlirləri 61 min manat (6,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 601 min manat (12,7 dəfə çox) təşkil edib.


Bu il yanvarın 1-nə "Azərpoçt”un aktivləri 186,361 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 26,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 40,2% artaraq 127,148 milyon manata, balans kapitalı isə 4,8% artaraq 59,213 milyon manata çatıb.


Xatırladaq ki, "Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən "Azərpoçt” Dövlət Müəssisənin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,344 milyon manatdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol