• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda meşə örtüyü azala bilər

Azərbaycanda meşə örtüyü azala bilər
18.06.2014 23:59
2080-ci ilə qədər Cənubi Qafqazda faktiki meşə örtüyü 33 faizədək azala bilər. Bu itkilər Azərbaycanda daha güclü xarakterə malik olacaq. 
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlığın inkişafı üzrə meneceri Sevinc Saruxanova Trend-ə bildirib ki, orta illik temperatur bu əsrin sonuna qədər əhəmiyyətli dərəcədə artacaq.
İqlim dəyişikliyinin meşələrə təsiri nəticəsində Cənubi Qafqaz ərazisindəki potensial 9 milyon hektar müasir (2011-ci ilin tədqiqatlarına əsasən) meşə ərazilərinin 4 milyon hektarlıq hissəsi baxımsız qalıb.
İtkilərin labüdlüyü və faizi Şərqi Qafqazda, Cənubi Kiçik Qafqazda və Hirkan regionlarında 50% və 75% arasında, Kolxik regionunda 42,91% arasında dəyişir.
Ekoloji cəhətdən əsaslandırılmış məlumatlara əsasən, meşə formasiyalarının bioloji komponentləri iqlimdəki dəyişikliklərə reaksiya verəcək və meşə formasiyaları üzrə uyğunluq dərəcəsi dəyişəcək. Tədqiqatda istifadə olunan modellər ondan xəbər verir ki, Cənubi Qafqazdakı şərait regiondakı əksər meşə növləri üzrə daha az əlverişli olacaq. Ümumən ekoloji cəhətdən daha çox əlverişli iqlim ssenarisi (B2) əsasında faktiki meşə örtüyünün 8%-dək azalması, 2080-ci ilə qədər ekoloji cəhətdən daha az əlverişli iqlim ssenarisi (A2) əsasında 33%-lik azalma ola bilər. İtkilər Azərbaycanda və Ermənistanda güclü xarakterə, Gürcüstanda isə nisbətən daha zəif xarakterə malik olacaq.
Qeyd edək ki, iqlim dəyişmələrinin mənfi təsirlərinın qarşısının alınması məqsədi ilə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz ofisi 1 mart 2011-ci il tarixindən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması" layihəsinə start verilib.
Layihənin əsas məqsədi Cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq və biomüxtəlifliyi zənginləşdirməkdir. Layihə çərçivəsində Yevlax və Ağsu rayonlarında hərəsində 75 ha olmaqla süni əkilmiş bircinsli şam meşələrində yerli ağac cinsləri əkilir, meşə mütəxəssissləri üçün təlimlər keçirilmiş və iqlim dəyişmələrinin mənfi təsirləri haqqında təbliğat tədbirləri həyata keçirilir.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol