Lukaşenko keçmiş Müdafiə nazirini Azərbaycana səfir təyin etdi
19.11.2020 15:43
Belarus prezidenti Aleksnadr Lukaşenko Andrey Ravkovu Azərbaycana yeni səfir təyin etdi.
Anews.az xəbər verir ki, bu barədə "Belta” informasiya agentliyi məlumat yayıb. Azərbaycana təyin edilən yeni səfir Andrey Ravkov Belarusun keçmiş müdafiə naziri və Təhlükəsizlik Şurasının dövlət katibi işləyib.