• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn şirkətə bu dəfə 2,2 milyon manat ayırdı

Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn şirkətə bu dəfə 2,2 milyon manat ayırdı
23.11.2020 10:39
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi "Lotus Co” QSC olub.

Yeniavaz.com xəbər verir ki, "Lotus Co” QSC "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin sifarişi ilə bu quruma müxtəlif təyinatlı avadanlıqlar satacaq.

Qeyd olunan avadanlıqların alınması  üçün "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” "Lotus Co” QSC-yə 2 milyon 206 min 610 manat 62 qəpik ödəyəcək.

Onu da bildirək ki, "Lotus Co” QSC bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan daha bir qurumun - "Dövlət Məşğulluq Agentliyi”ndən bu qurumun inzibati binasında Azərbaycan dövlət bayrağının əks olunması işlərini həyata keçirmək üçün sifariş alıb. Bu iş üçün "Dövlət Məşğulluq Agentliyi” "Lotus Co” QSC-yə 35 min 343 manat 36 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, "Lotus Co” QSC – 01.08.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan QSC-nin qanuni təmsilçisi Cəfərov Seymur Məmməd oğludur.

"Lotus Co” QSC-nin bugünə kimi qalib olduğu tender müsabiqələrinin hamısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan qurumlar keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dəyəri milyonlarla manat olan tenderləri udan "Lotus Co” QSC barədə açıq internet resurslarda hər hansı bir məlumata rast gəlmək olmur.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol