Qarabağda rus sülhməramlısı və ermənilər minaya düşdü

Rusiya sülhməramlılarının zabiti və 4 erməni FHN əməkdaşı Qarabağda minaya düşüb.
Anews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Suqovuşan kəndi ərazisində bir qrup Rusiya sülhməramlısı, Azərbaycan Silahlı Qüvvələri, erməni FHN əməkdaşları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin döyüşdə həlak olanların cəsədlərinin axtarışlarını apararkən baş verib.
Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli Suqovuşanda minaya düşərək şəhid olub
www.anews.az
























