• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 20 rayonunda imtahan keçirilir

Azərbaycanın 20 rayonunda imtahan keçirilir
18.06.2014 09:35
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada növbəti buraxılış imtahanları keçirir.TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin məzunlarının imtahanlarının keçirilməsi üçün 56 imtahan mərkəzi ayrılıb. Saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan verəcəklər. Bu imtahanlarda ümumilikdə 38212 şagirdin imtahan verəcəyi gözlənilir.  Belə ki, Ağcabədidə 1856, Ağdamda 1207, Bərdədə 2045, Tərtərdə 938, Zərdabda 660, Göyçayda 1483, Ucarda 919, Kürdəmirdə 1318, Ağdaşda 1340, Yevlaxda 1345, Ağsuda 766, İsmayıllıda 1138, Şamaxıda 1017, Qobustanda 418, Qubada 1865, Şabranda 648, Qusarda 972, Xaçmazda 1837, Xızıda 177, Siyəzəndə isə 480 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. 11-ci siniflərin buraxılış imtahanı haqqında məlumata gəlincə, Ağcabədidə 1439, Ağdamda 755, Bərdədə 1533, Tərtərdə 690, Zərdabda 436, Göyçayda 992, Ucarda 712, Kürdəmirdə 927, Ağdaşda 861, Yevlaxda 1158, Ağsuda 587, İsmayıllıda 845, Şamaxıda 544, Qobustanda 291, Qubada 1022, Şabranda 415, Qusarda 772, Xaçmazda 1158, Xızıda 123, Siyəzəndə isə 368 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. TQDK bu gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün də buraxılış imtahanları keçirir. Bu imtahanda 84 nəfər 9-cu, 71 nəfər 11-ci sinif şagirdinin iştirakı gözlənilir. Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2036 nəzarətçi-müəllim ayrılıb. Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol