"Qalatasaray" şəhid Fərid Dursunovla bağlı paylaşım etdi – FOTO

Türkiyənin "Qalatasaray" futbol klubu İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov bağlı paylaşım edib.
Anews.az xəbər verir ki, "Qalatasaray" futbol klubu rəsmi "twitter” səhifəsində şəhid Fərid Dursunovla bağlı paylaşım edib. Paylaşımda Fəridin arzusunun yerinə yetirildiyi bildirilib:
"Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birgə "Qalatasaray" bayrağı da asın deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

www.anews.az
Son xəbərlər 
Daha çox 























