• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa yoluxub evdən çıxan 8 nəfər saxlanılıb

Koronavirusa yoluxub evdən çıxan 8 nəfər saxlanılıb
27.11.2020 19:18
Azərbaycanda koronavirusa yoluxduğu halda ictimai yerlərə çıxaraq virusun yayılmasına səbəb olan bir neçə şəxs saxlanılaraq barələrində cinayət işi başlnaılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətindən Anrws.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Orxan Orucovun ev şəraitində müalicə almasına baxmayaraq, təsərrüfatına baş çəkmək üçün yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. 

Qubada karantin postunda xidmət aparan polis əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib. S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna gedmək istəyib. 

Koronavirusa yoluxmuş Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova da Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Koronavirus pandemiyasına yoluxmuş Tərtər rayon sakini M.Əliyev yaşadığı ünvanı tərk edərək rayon ərazisində aşkar olunub.

Xaçmaz rayon sakini Eldosi Quliyev COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Ağcabədidə 2 nəfər rayon sakini – H. Rzayev və F. Muradova koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən həmin şəxslər dərhal müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərilib. 
Onlar barəsində müvafiq RPŞ-lərdə Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol