• $
  • €
  • ₽
  • ₺
  • £

“Döyüşdə yaralanan oğluma dərmanlarını ala bilmirəm”

“Döyüşdə yaralanan oğluma dərmanlarını ala bilmirəm”
30.11.2020 17:01
"Oğlum Kənan Musayev İkinci Qarabağ müharibəsində bir ayağını itirib, əməliyyat olunub. Lakin əməliyyatdan sonra onunla heç kim maraqlanmır. Ona lazım olan dərmanları qonşuların köməyiylə alırıq”.


Bunu "Qafqazinfo”ya Qazax rayonunda yerləşən "Kənd Təsərrüfatı Texnikomu yataqxanası" adlanan yerdə məskunlaşmış 19 yaşlı qazinin anası Məhəbbət Məmmədova bildirib. Onun iddiasına görə, işsiz olduğuna və heç bir əlavə gəlir yeri olmadığına görə, oğluna lazım olan tibbi vasitələri almaqda çətinlik çəkir:


"Oğlum Kənan Musayev Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, bizimlə heç kəs maraqlanmır. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər, hələ bir xəbər yoxdur”.


M. Məmmədovanın sözlərinə görə, ötən gün sosial şəbəkədə etdiyi müraciətdən sonra Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Məmməd Alıyev onlarla görüşüb. Yaşadıqları yataqxanaya qaz çəkiləcəyini vəd edib: "Bizim yataqxana pis vəziyyətdədir, qazımız yoxdur. İcra başçısının müavini dedi ki, bu gün yataqxanaya qaz çəkiləcək. Bir də mənim işlə təmin olunmağıma kömək edəcəklər. Amma hələ bir xəbər yoxdur, gözləyirik”.


M. Məmmədova bildirib ki, oğlu Kənan Musayev ilk dəfə minaya düşən gün Naftalan Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Bundan sonra Mingəçevir Mərkəzi Xəstəxanasına göndərilib və iki dəfə də orada əməliyyat olunub. Bir müddət xəstəxanada yatdıqdan sonra qazi evinə gətirilib və o vaxtdan evdə müalicə alır. Ananın sözlərinə görə, 15 gündən sonra yenidən ona komissiya baxmalı və ayağı üçün protez verilməlidir. 


Problemlə bağlı Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, ailəyə müəyyən miqdarda köməklik olunub. İcra başçısının müavini ailə ilə görüşüb və nə vəd verilibsə, yerinə yetiriləcək. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol