• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı məlumat yaydı

Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı məlumat yaydı
03.12.2020 20:05
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan Əfqan Sadıqovun vəziyyətini və hüquqlarını diqqət mərkəzində saxlayır.

Ombudsman Aparatından Anews.az-a verilən məlumata görə, Ombudsmanın tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına keçirilən başçəkmələr çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Əfqan Sadıqov iki dəfə konfidensial qaydada qəbul olunub. Qəbulda Əfqan Sadıqov barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib. Əfqan Sadıqova hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Eyni zamanda qeyd olunub ki, hər gün BİT-in rəhbərliyi və bu müəssisənin Tibb-sanitar hissəsi ilə əlaqədə həmin şəxsin səhhəti nəzarətdə saxlanılır, ailə üzvlərinə bu barədə məlumat verilir.
Əfqan Sadıqovun vəkili Zibeydə Sadıqovanın Ombudsmana ünvanlanmış ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinə müraciət də olunub

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol