• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün general olan 4 hərbçinin adı AÇIQLANIB

Bu gün general olan 4 hərbçinin adı AÇIQLANIB
07.12.2020 17:43
Bu gün Prezident İlham Əliyev dörd polkovnikə "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında” sərəncam imzalayıb.

Anews.az Mediapost-a istinadən hərbçilərlə bağlı bəzi məlumatları təqdim edir:

Polkovnik Ağamir Əzizxan oğlu Sultanov - 1994-cü ildə, leytenant qismində Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 19 il sonra 2013-cü ildə isə Ağamir Sultanov artıq polkovnik-leytenant qismində təltif edilib. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb. 2016-cı ildə isə polkovnik Ağamir Sultanov "Aprel döyüşləri" zamanı göstərdiyi qəhrəmanlığa görə, yenə İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Artilleriya qoşunlarının komandanı vəzifəsində çalışır. 2020-cı ildə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "general-mayor” ali hərbi rütbəsi verilib.

 


Polkovnik Anar Təvəkkül oğlu Kərimov - Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində işləyib. Hazırda Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi vəzifəsində çalışır. Bu gün ölkə başçısının sərəncamı ilə "general mayor” rütbəsi verilib. İkinci Vətən Müharibəsində böyük şücaət göstərib. 
 

Polkovnik Namiq Sərəfruz oğlu İslamzadə - Uzun müddətdir Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edir. Onun aviasiya vasitələrinin müasir standartlara gəlməsində böyük əməyi var. Bu ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib. İkinci Vətən Müharibəsində də böyük şücaət göstərib. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə ona "general-mayor” ali hərbi rütbəsi verilib.


Polkovnik Zaur Sabir oğlu Məmmədov - Xüsusi Təyinatlı Qüvvələrin komandanlığında xidmət edir. Şuşanın azad olunmasına böyük xidmətləri olub. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə ona "general-mayor” ali hərbi rütbəsi verilib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol