• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

Azercell şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı
07.12.2020 18:22
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbəni əldə etdi. "Azercell Telekom” MMC də qələbənin əsas qəhrəmanı olan Azərbaycan əsgəri və zabitləri üçün güzəşt təşəbbüsünü gerçəkləşdirir. 

Ordumuza ehtiram əlaməti olaraq elan edilən yeni təşəbbüs çərçivəsində müharibədə şəhid olan və yaralanan Azercell-in Fakturalı Xətt abunəçiləri olan qəhrəman vətən övladlarının 07.12.2020-ci il tarixinə olan borcları tam şəkildə bağışlanır. Bununla yanası, səfərbərlik çağırışı əsasında aktiv döyüş əməliyyatlarında iştirak edən Azercell abunəçilərinin borclarının ödənilməsinə təxris olunacaqları vaxtadək möhlət verilir.

Fakturalı Xətt nömrəsinə malik olan yaralılar və müharibə iştirakçıları, və yaxud şəhid olmuş əsgərlərin ailə üzvləri bu güzəştdən istifadə etmək üçün təsdiqedici sənədlərlə (şəxsiyyət vəsiqəsi, müvafiq haldan asılı olaraq, şəhid olmanı və ya yaralanmanı təsdiq edən sənədlər) birlikdə aşağıdakı kanallar vasitəsilə Azercell şirkətinə müraciət edə bilər:

- Azercell müştəri xidmətlərinə e-mail ([email protected], [email protected]) vasitəsilə müraciət etmək mümkündür. Bu zaman yuxarıda qeyd edilən sənədlərin skan surəti müraciətə əlavə edilməlidir.

- Hərbçilərin özləri və ya ailə üzvləri Azercell Müştəri Xidmətləri mərkəzlərinə də müraciət edə bilərlər. Bakı və bölgələr boyu ofislərin ünvanları ilə bu linkdən tanış olmaq mümkündür

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol