Türkiyənin sifariş etdiyi Çin peyvəndinin ilk nəticələri açıqlandı

Çinin "Sinovac” koronavirus peyvəndinin üçüncü mərhələsinin nəticələri açıqlanıb.
"Haber Global” məlumat verir ki, İndoneziyada 1 600 nəfərdə aparılan klinik sınaqlara görə, peyvəndin effektivliyinin 97 faiz olduğu bildirilib.
Təsir nisbətlərinin bir aylıq klinik sınaqlara əsaslandığı və son nəticələrin yanvar ayında açıqlanacağı qeyd olunur.
İndoneziyada 11 avqustda təxminən 2000 könüllü ilə "Sinovoc”a aid COVID-19 peyvəndi namizədinin üçüncü mərhələ klinik sınaqlarına başlamışdı.
www.anews.az
Son xəbərlər 
Daha çox 























