• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimovun məhkəməsində Kırmızıgül də şahidlik edib

Mübariz Mənsimovun məhkəməsində Kırmızıgül də şahidlik edib
09.12.2020 23:39
FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsində türkiyəli müğənni Mahsun Kırmızıgül də şahid kimi ifadə verib.

Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, müğənni Mübariz Mənsimovun yaxın dostu olduğunu, onun haqqında səsləndirilən ittihamlarla bağlı heç nə eşitmədiyini deyib:

"Biz onunla 2000-ci illərin əvvəlində tanış olmuşuq. Bacısının toyunda səhnəyə çıxmışdım və sonra dostluğumuz başladı.
 
Ofislərimiz yaxın idi və ailəsi ilə də tanış oldum. Türkiyəni çox sevən, gəlirini bu ölkəyə xərcləyən vətənpərvər bir insandır. Bu hadisəni eşidəndə çox təəccübləndim. Şiə məzhəbindən biri FETÖ-çü ola bilməz. Onun etdiyi yaxşılıqları çox yaxşı bilirəm. Oxutduğu insanalar, yardımlarına şahidəm. Günahlandırıldığı məsələ ilə bağlı heç nə eşitməmişəm.

İhsan Kalkavanı Mübariz bəyin yanında bir neçə dəfə görmüşəm. Bir dəfə yemək masası arxasında mübahisələri olmuşdu. Mübahisə şəxsi məsələyə görə yaranmışdı. Mübariz bəy sonra Kalkavanla yollarını ayırdı, dostluğunu bitirdi. İhsan bəy bir neçə dəfə zəng etdi, ancaq Mübariz bəy zənglərinə cavab vermədi”.

Qeyd edək ki, Mübariz Mənsimovun məhkəməsi yanvarın 13-dək təxirə salınıb

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol