• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məşhur kafe qaydaları pozub

Bakıda məşhur kafe qaydaları pozub
10.12.2020 17:19
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 410 ictimai iaşə obyektində 807 monitorinq keçirib.


AQTA-dan Anews.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.


Reyd keçirilən obyektlərdən 16-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.


Bakı şəhəri üzrə:


Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr. ev 21 ünvanında yerləşən, Hüquqi şəxs "Black Star Burger Baku” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe, Təbriz küçəsində yerləşən, Hüquqi şəxs "Saray-Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus çay evi, M.Cəlal 1134 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlqar Budaq oğluna məxsus "Qala” restoranı, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsində yerləşən, fiziki şəxs Zeynalov Əliağa Sabir oğluna məxsus kafe, Bakıxanov qəs., Fətəliyev küçəsində yerləşən, fiziki şəxs Əliyev Yusif Cəbrayıl oğluna məxsus kafe, Q.Qarayev pr. ev 67a ünvanında yerləşən, fiziki şəxs Cəfərov Şəhriyar Arif oğluna məxsus "Picnic” restoranı.


Digər şəhər və rayonlar üzrə:


Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Məmmədov Qalib Babakişi oğluna məxsus kafe, 13-cü mkr, Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Mirzəyeva Təranə Cəlil qızına məxsus "İlkin” kafesi, 13-cü mkr, Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Mustafayeva Sevda Niyazəli qızına məxsus çay evi, 30-cu məhəllədə yerləşən, fiziki şəxs İsayev Elşən Nəbiyulla oğluna məxsus "White rooms" kafesi, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən, fiziki şəxs Əliyev Emin Nizami oğluna məxsus "London" kafesi, 17-ci məhəllədə yerləşən, fiziki şəxs Cəfərov Səbuhi Fəxrəddin oğluna məxsus "Metro" kafesi.


Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Əbdulkərim Hüseynağa oğluna məxsus "Vulkan” kafesi, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən, fiziki şəxs İsmayılov Emil Əli oğluna məxsus "Marafon" çay evi, Buzovna ştq-da yerləşən, fiziki şəxs Mövsüm-Zadə Vasif Mövsüm-Ziya oğluna məxsus kafe.


Ağstafa rayonu, Poylu kəndində yerləşən, fiziki şəxs Vəliyev Zirəddin Mahal oğluna məxsus çay evi.


Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol