• $
  • €
  • ₽
  • ₺
  • £

Paradda qoşun növlərinə onlar rəhbərlik edirdi - SİYAHI

Paradda qoşun növlərinə onlar rəhbərlik edirdi - SİYAHI
10.12.2020 17:41
Bu gün Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları da gətirilib.

Anews.az xəbər verir ki, paradda Azərbaycan və Türkiyə dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirdi.

Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edir.

Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçdilər.

Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımladılar. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-mayor Rövşən Muxtarov başçılıq edirdi.

Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna önündən keçdilər.

Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna önündən mətin addımlarla irəlilədilər. Parad heyətinə polkovnik İsmixan Məmmədov başçılıq edirdi.

Zəfər paradında qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən keçdilər.

Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-mayor Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor İnqilab Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə mətin addımlarla Azadlıq meydanına daxil oldular.

Sonra general-mayor Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-mayor Bəkir Orucovun başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi oldu.

Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edirdilər. Parad heyəti general-mayor Məhəmməd Həsənovun başçılığı ilə tribuna önündən keçdilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol