Gürcüstanda qalmaqallı parlament seçkilərindən sonra bu gün qanunverici orqan ilk iclasını keçirib.
Anews.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bir sıra müxalifət nümayəndələri parlament önündə növbəti aksiya keçirib. Onlar saxta yolla seçildiyini iddia etdikləri parlamentin işə başlaması ilə Gürcüstanda "demokratiyanın dəfn olunduğunu" bildiriblər. Parlament binasının önünə dəfn mərasimində olduğu kimi güllər düzülüb.
www.anews.az