• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST Oqtay Şirəliyevə təşəkkür edib

ÜST Oqtay Şirəliyevə təşəkkür edib
11.12.2020 14:07
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycandakı Milli qızılca/məxmərək laboratoriyasına göstərdiyi xüsusi qayğı və diqqətə görə ölkənin Səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür edib.
 

Anews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə direktoru Hans Kluqe tərəfindən göndərilən məktubda bildirilib.
Məktubda qeyd olunub ki, ÜST-ün Avropa Regional Bürosunun ekspertləri tərəfindən illik akkreditasiya prosesi çərçivəsində 2020-ci ilin ikinci rübündə ölkəmizdəki Milli qızılca/məxmərək laboratoriyasında yoxlama həyata keçirilib. Nəticələrə əsasən, laboratoriya 2021-ci il üçün ÜST-ün Milli qızılca/məxmərək laboratoriyası kimi tam akkreditasiyadan keçib.

Məktubda laboratoriya işçilərinin akkreditasiyanı uğurla başa vurması ilə yanaşı, müvafiq tövsiyələr də nəzərə çatdırılaraq bildirilib ki, COVID-19 pandemiyası və bununla bağlı epidemioloji vəziyyət ÜST-ün Avropa bölgəsindəki səhiyyə sisteminə mənfi təsir göstərib. Vurğulanıb ki, COVID-19-la bağlı ehtiyacları və çətinlikləri aradan qaldırarkən, qızılca və məxmərəyin qarşısını almaq üçün lazım olan laboratoriya və epidemioloji araşdırmaların izlənilməsi də tam təmin olunmalı, eyni zamanda ictimai səhiyyə sahəsində qlobal fövqəladə vəziyyətdə qızılca və məxmərək infeksiyalarına da diqqət ayrılmalıdır.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol