Maskanı düzgün taxmamaq nələrə səbəb ola bilər?

"Üzə möhkəm yapışmayan maska göz quruluğuna və görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər".
Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva poliklinikasının baş həkimi Denis Serov bildirib.
Onun sözlərinə görə, maska üzə möhkəm yapışmayanda tənəffüs prosesində çıxan hava əsasən yuxarıdan çıxır və göz yaşı plyonkasının vaxtından əvvəl buxarlanmasına səbəb olur.
"Bu vəziyyət, bir qayda olaraq, narahatlıq şəklində hiss olunur və bir çox hallarda görmə kəskinliyinin azalmasına və hətta korneanın (gözün şəffaf təbəqəsinin) zədələnməsinə səbəb ola bilər”, - mütəxəssis qeyd edib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























